5 may 2013 22:55
Vüqar Əsgərovlu Metallurg Latviya Kubokunun finalında
Liepayanın “Metallurg” klubu Latviya Kubokunun finalına yüksəlib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin hücumçusu Vüqar Əsgərovun da heyətində yer aldığı bu komanda yarımfinalda “Dauqava”nı üstələyib.
Görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalibi penaltilər seriyası müəyyənləşdirib. 4:2 hesabıyla üstün olan “Metallurg” finala adlayan tərəf olub. Vüqar meydana 98-ci dəqiqədə çıxıb.
Qeyd edək ki, “Metallurg” finalda “Ventspils”lə qarşılaşacaq.
