5 may 2013 11:23

“Neftçi 90 faiz çempiondu”

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- “Qarabağ” üzərində çoc vacib qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiz?
- İlk növbədə onu qeyd edim ki, bu oyuna final matçı kimi yanaşırdıq və çox ciddi hazırlaşmışdıq. Əminəm ki, rəqib komanda da oyuna eyni şəkildə ciddi yanaşırdı. Gördünüyüz kimi, bu gün stadiona gələn azarkeşlərin də sayı əvvəlkilərlə müqayisədə çox idi. Gərgin oyun oldu. Azərbaycan kubokundakı zəfərdən sonra biz çempionatda da prinsipial rəqibimizi məğlub etməyi bacardıq.
 
- “Neftçi” nəticəyə oynayırdı?
- Bu, normal haldı. Çünki rəqibin bizi məğlub etməkdən başqa çıxış yolu yox idi. “Qarabağ”a yalnız qələbə lazım olduğu halda, bizi hətta heç-heçə də qane edirdi.
 
- Müdafiəçi olsanız da, Nikolas Kanalesə çox yaxşı qol ötürməsi etdiniz. Bu bacarıq hardandı?
- (gülür) Həqiqətən də yaxşı ötürmə alındı. Kanalesə qol vurmaqdan başqa yol qalmadı.
 
- Penalti var idi?
- Bilmirəm. Hər şey o qədər sürətlə baş verdi ki, görə bilmədim.

- Bu qələbənin sizi çempionluq tituluna daha da yaxınlaşdırdığını demək olar?
- Biz artıq 90 faiz çempionluğu özümüzə təmin etmişik. Növbəti turda bunu rəsmiləşdirməyə çalışacağıq.
 
- Oyundan sonra çempion olubmuş kimi sevinirdiniz...
- Bu, məhz dediyim 90 faizin sevinci idi (gülür). Qalan faizin sevincini növbəti turlara saxlamışıq. Növbəti turda qələbə qazansaq və rəqiblərimiz xal itirsə, daha çox sevinəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.