6 may 2013 00:54
Yığmamızın hücumçusu Galatasaraya qol vurdu (VİDEO)
Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının forvardı Cihan Özkaranın forma geydiyi “Sivasspor” səfərdə “Galatasaray”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Galatasaray”ın çempion olduğu bu görüş Cihan üçün də əlamətdar olub. Belə ki, Özkara komandası 1:4 hesabıyla uduzduğu vaxt – 77-ci dəqiqədə meydana çıxıb. Görüşün son saniyələrində isə o, yeni çempionun qapısına qol vurmaqla yekun nəticəni müəyyənləşdirib.
