6 may 2013 01:07
Ufuk Budak Beşiktaşa qarşı oynamadı, komandası uduzdu
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 32-ci tur çərçivəsində evdə “Beşiktaş”la qarşılaşıb.
Görüş 2:1 hesabıyla qonaqların xeyrinə başa çatıb. “Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
