5 may 2013 14:26

“Gürcüstan, Azərbaycan və Qazaxıstanın birləşmiş çempionatını bəziləri dəstəkləmir”

Gürcüstan Futbol Federasiyasının baş katibi Revaz Arveladzenin azerisport.az saytına müsahibəsi
 
- Gürcüstanda son dövrlər Azərbaycan və Qazaxıstanla birgə çempionat keçirmək ideyası qızğın müzakirə olunurdu. Sizin bu çempionatla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu, hələlik yalnız ideyadı. Onu GFF prezidenti Zviyad Siçinava səsləndirib. Fikrimcə, bu çempionat maraqlı alına bilər. Lakin çempionatın detalları ilə bağlı heç nə məlum deyil. Sadəcə üç ölkə və mümkün bir turnir...
 
- Siz buna inanırsız?
- Əlbəttə, bu ideyanın baş tutmasını əngəlləyən çoxlu amillər var. Lakin hər şeydən əvvəl FİFA və UEFA-nın mövqeyini öyrənmək lazımdı. Əgər onlar bunu mümkün saysalar, qrup yaratmaq olar. Bir tərəfdən maraqlı ideyadı, digər tərəfdən də müəyyən adamlar var ki, bunu heç dəstəkləmirlər.
 
- Bu ideya Azərbaycan və Qazaxıstanda dəstək almadı. Hətta Azərbaycanda sizdə olduğu qədər güclü müzakirə də aparılmadı...
- Düzü, heç bizdə də ciddi müzakirələr aparılmır. Çünki indidən hansısa nəticələr çıxarmaq çox tezdi. Yenə də deyirəm ki, hələlik yalnız ideya mövcuddu. Gerçəkləşə də bilər, gerçəkləşməyə də.
 
- Azərbaycan və Avropanın veteranlardan ibarət yığmaları arasındakı oyunda (3:3) iştirak etdiniz. Təəssüratlar necədi?
- Belə oyunlar həmişə çoxlu emosiya bağışlayır. Burda çoxlu keçmiş futbolçular var idi. Vaxtilə bir-birimizə qarşı çox oynamışıq. Çoxdan idi futbol oynamayanlar da vardı. Azərbaycanlı dostlarımızla bu cür bir araya gəlməyimiz həmişə xoşdu.
 
- Nəticə ilə bağlı öncədən razılığa gəlmişdiniz?
- Düzünü deyim ki, bu barədə heç nə eşitməmişəm. Ən azından mənimlə bunu müzakirə edən olmamışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.