6 may 2013 18:25
Rəvan Kəpəz üçün başladı
Topaz Premyer Liqasında növbəti tur həftəiçi keçiriləcək. Azerisport.az xəbər verir ki, "Rəvan” 30-cu tur çərçivəsində "Kəpəz”in qonağı olacaq.
Komanda artıq bu oyun üçün hazırlıqlara başlayıb. Bazar günü istirahət edən futbolçular bu gün yenidən bir araya gəlib.
Baş məşqçi Ramil Əliyevin rəhbərliyi altında "Bayıl stadionu”nda baş tutan məşqdə gənc çalışdırıcı yetirmələrini yormayıb. Saat yarımlıq hazırlıqda toplu çalışmalar üstünlük təşkil etsə də, fiziki hazırlığa da müəyyən yer ayrılıb. Komanda sabahkı məşqlə oyuna hazırlığı yekunlaşdıracaq.
