6 may 2013 18:33
Xəzər Lənkəran məşqlərini bərpa etdi
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Kəpəz”i qəbul edən “Xəzər Lənkəran” may ayının 3-də başa çatan qarşılaşmadan bir gün sonra bərpa məşqini keçirib istirahətə çəkilmişdi. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında komanda hazırlığını bərpa edib.
Ehtiyat meydanda baş tutan səhər məşqində futbolçular əsasən taktiki çalışmaları yerinə yetiriblər. Bu gün komanda bir məşqlə kifayətlənəcək və sabah “Turan”la oyun öncəsi son məşqini keçirib oyun saatını gözləyəcək. Hazırda komandada Vanderson Skarduelli və Adrian Skarlatake zədədən əziyyət çəkir.
