6 may 2013 19:18
Berti Foqts: Lüksemburqu məğlub edə bilərik
Azerisport.az sizi futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun müsahibəsi ilə tanış edir.
- Milli komandanın Lüksemburqla iyulun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyunu var. Artıq heyət də məlumdu...
- Biz 25 oyunçuyla hazırlıq keçəcəyik. Lüksemburqla oyuna qədər heyəti dəyişdirməyəcəyik. Mayın 25-də Qətərə yola düşəcəyik. Mənə lazımdı ki, oyun təcrübəsi az olan oyunçuları sınaqdan keçirim. Kubokun finalında "Nefçti"dən iştirak edən Mahir Şükürov, Araz Abdullayev və Rəşad Sadıqov, "Xəzər Lənkəran"dan isə Rahid Əmirquliyevlə və Elnur Allahverdiyev bizimlə Qətərə gedə bilməyəcək. Lüksemburqla oyunda cəza səbəbindən Vüqar Nadirov və Rauf Əliyev də iştirak edə bilməyəcək.
- Araz Abdullayevlə probleminizi həll etmisiz?
- Arazla oturub söhbət etmişik. Gəncdi, səhvə yol verə bilər. Əsas odu ki, o səhvini başa düşüb, üzr istəməyi bacarıb. Bu, çox xoş haldı. Məncə, belə bir oyunçuya şans vermək lazımdı. Bu, nə medianın, nə də digərlərinin təzyiqi ilə baş verdi. Arazı özüm milliyə çağırmışam. Bundan başqa Əfran İsmayılov və Vaqif Cavadovun da hazırkı forması məni qane etmir. Mən onların iştirakını bir neçə oyun izləyəcəm. Bu baxımdan mən Arazı çağırmışam ki, rəqabət artsın. Mən bilirəm ki, Lüksemburqla oyunda bir hissə oynayıb. U 21-in Makedoniya ilə oyununda iştirak üçün həmin yığmanın heyətinə yollanacaq. Mən çox sevinirəm ki, millidə artıq Vaqiflə Əfranın alternativi var. Arazın son üç oyununa baxmışam və onun ikisini də çıxışını bəyənmişəm.

- "İnter"dən Asif Məmmədov necə, heyətə qoşula bilərmi?
- Asif Məmmədovu mən də, köməkçim Nazim Süleymanov da izləyib. Çempionat səviyyəsində güclü futbolçudu. Lakin fikrimcə, beynəlxalq arenada daha sürətli futbol oynayırlar. Həmçinin onun mövqeyində bizim Vaqif, Əfran, Cihan kimi futbolçularımız var.
- Xüsusən Rauf Əliyevin yoxluğunda millimizin hücum xətti dişsiz görünür, Cihan Özkara və Branimir Subaşiç isə oyun təcrübəsi baxımından əziyyət çəkir...
- Sizinlə razıyam. Subaşç və Cihan uzun müddətdi oynamır. Ona görə də Qətərlə oyunu təşkil edirik. Amma Branimir təcrübəli oyunçudu. Məncə, o, təcrübəsi ilə komandaya kömək edə bilər. Sözsüz ki, biz Lüksemburqu udmaq istəyirik və bunu edə bilərik. Bunun üçün sürətli futbol və təbii ki, istək olmalıdı. Bu işdə Branimirin təcrübəsi bizə kömək ola bilər. Mən onu Qətərdə bir daha sınaqdan keçirəcəm.
- Hamı Lüksemburq üzərində qələbə gözləyir. Məğlub olsanız vəziyyət qəlizləşir. Belə olsa istefa verəcəksiniz?
- Mənim müqaviləm var və onun sonuna qədər işləmək istəyirəm. Amma AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm. Mən komandama güvənirəm. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə oynayıb. Səfər matçlarında müdafiə meyilli və sıx oynayır. Amma biz düzgün hazırlıq keçsək və orta xətlə yox cinahları işlətsək, Lüksemburqu məğlub edə bilərik.
- Siz millinin oyunçularının Madrid “Atletico”suna qarşı oynamasına niyə razılıq vermədiniz?
- Şəxsən mənə sual verilməyib ki, milli komanda "Atletico” ilə oynasın. Kim deyir ki mən buraxmamışam?
- Bakı klubunun rəhbərliyi belə deyir. Siz demisiniz ki, mən məsləhət görmürəm...
- Yenə deyirəm, mənə belə təklif olunmayıb. Heç baş katib və AFFA prezidentinə də deyilməyib. Mən Bakıya gələndə eşitmişəm ki, “Atletico” bura gəlir. Mənə elə gəlir ki, bu, sırf "Atletico" və "Bakı" arasında olan müqavilədi. Yenə deyirəm, mənə bu barədə heç bir təklif olunmayıb. Mən yalnız demişəm ki, inanmıram "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" kimi klublar çempionatın sonunda belə bir qızğın vaxtda oyunçularını buraxsın. (ANS PRESS)