6 may 2013 20:21
Nazim Süleymanovla Qurban Qurbanov uşaqlara məşq keçəcək
Mayın 7-də "Futbol Bakcell ilə" layihəsi çərçivəsində növbəti tədbirlər keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 10:00-da Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 9, saat 10:30-da isə Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 577-ci məhəllə ünvanında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada uşaqlar üçün məşqlər təşkil olunacaq.
Tədbirlərdə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin milli komandamızın futbolçuları iştirak edəcək
