6 may 2013 11:15
Rəşad Sadıqov: İkinci yeri tutmağımız da pis nəticə olmayacaq
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə çox vacib oyunda məğlubiyyətlə üzləşdiniz. Bunu nə ilə izah edə bilərsiz?
- Düzünü deyim ki, belə vacib və gərgin bir oyunda komandadan bu cür yaxşı oyun gözləmirdim. Əminəm ki, oyunu stadiondan və televiziya vasitəsilə canlı izləyən azarkeşlər də sərgilənən futboldan həzz aldılar. Təəssüf ki, biz bu oyunu yaxşı nəticə ilə daha da gözəlləşdirə bilmədik.

- “Neftçi”nin bəzi futbolçuları komanda yoldaşlarınızı ustalıq səviyyəsinə görə üstələyirdi və bu, son oyunda aşkar hiss olunurdu...
- Ola bilər kimsə kimdənsə yaxşıdı. Amma komanda oyunu baxımından ciddi fərqin olduğunu düşünmürəm. Rəqib qapımıza iki zərbə endirdi, ikisi də qol oldu. Mən qələbəyə layiq olmadığımızı deməzdim.
- Ola bilər kimsə kimdənsə yaxşıdı. Amma komanda oyunu baxımından ciddi fərqin olduğunu düşünmürəm. Rəqib qapımıza iki zərbə endirdi, ikisi də qol oldu. Mən qələbəyə layiq olmadığımızı deməzdim.
- Çempionluq ümidiniz qalıb?
- Hər şey ola bilər. Mümkündü ki, “Neftçi” artıq gələn tur çempionluğunu bayram etsin. Bizi “İnter”lə çox prinsipial oyun gözləyir. Hələ həmin oyunda nələr olacağını bilmirik.
- Hər şey ola bilər. Mümkündü ki, “Neftçi” artıq gələn tur çempionluğunu bayram etsin. Bizi “İnter”lə çox prinsipial oyun gözləyir. Hələ həmin oyunda nələr olacağını bilmirik.
- “Qarabağ” çempionluğu əldən verdiyi kimi, ikinci pilləni də özü üçün təmin edə bilməyib...
- Bizə çətin olacaq. “Neftçi” ilə oyunda çoxlu güc sərf etdik. Həm fiziki, həm də psixoloji cəhətdən qarşıdakı oyuna tam hazır olmaq asan başa gəlməyəcək. Amma ikinci yeri tutmaq üçün bu oyunda da maksimum güc sərf etməkdən başqa çıxış yolumuz yoxdu.
- İkinci yeri tutmağı bacarsa, bunu yaxşı nəticə sayacaqsız?
- Təbii ki, mövqeyimizi qorusaq, heç də pis nəticə deyil.
- “Neftçi” ilə oyunda azarkeşlərinizin sayı xeyli çox idi. Amma bu, komandaya kömək etmədi...
- Azarkeşlərin stadionda gəlməsi bizi ancaq sevindirə bilər. Həm də bunu başa düşmək olar. Çempionat sona yaxınlaşır. Azarkeşlərin də oyunlarımıza marağı artmaqdadı.