6 may 2013 11:37
Arif İsayevin Türkiyədə növbəti qolu (VİDEO)
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 33-cü turu çərçivəsində “Ankaragücü” ilə qarşılaşıb. Bu görüşdə futbolçularımız da iştirak edib. Baş məşqçi Özcan Bizati Railə start heyətdə şans verib. Məlikov sonadək meydanda olub. İsayev isə meydana 64-cü dəqiqədə, hesab 2:0 komandasının xeyrinə olarkən çıxıb. Elə görüşün yekun nəticəsini də Arifin 81-ci dəqiqədə vurduğu qol həll edib - 3:0.
