6 may 2013 12:16
Məşqçilərə sertifikatlar təqdim olundu (FOTOLAR)
Xəbər verdiyimiz kimi, AFFA-nın təşkilatçılığı, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Uli Ştaynın rəhbərliyi ilə Topaz Premyer Liqasında çıxış edən klubların və müxtəlif yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçiləri üçün kurs keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın Futbol akademiyasında kursda iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.
