6 may 2013 12:32
Araz Neftçini məğlub edib, çempion oldu (FOTOREPORTAJ)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edib.
Turnirin təşkilatçıları və iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyublar.
İlk oyun günü "Araz" 4:2 hesabı ilə "Ekol" komandasını, "Neftçi" İSM isə 2:1 hesabı ilə "Baku Yunayted" komandasını məğlub edərək finala yüksəlib. III yer uğrunda qarşılaşmada "Baku Yunayted" 7:6 hesabı ilə "Ekol"a qalib gəlib. Final oyununda "Neftçi" İSM komandasını 4:2 hesabı ilə məğlub edən "Araz" turnirin qalibi adını qazanıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. İştirakçılara AFFA-nın hədiyyələri təqdim olunub.
