6 may 2013 13:30
Son 15 ildə ilk dəfə!
“Neftçi”nin futbolçusu Nikolas Kanales cari mövsüm Topaz Premyer Liqasında vurduğu qolların sayını 26-ya çatdırıb. Azerisport.az xəbər verir ki, buna XXIX turun “Qarabağ”la qarşılaşmasında dubl etməklə nail olan çilili hücumçu ölkə çempionatlarının son 15 ilində 25 və daha çox qol vuran ilk futbolçu olub.
Nikolasa qədər belə yüksək məhsuldarlıq 1996/97 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Neftçi”nin 2 futbolçusu 25-dən çox qol vurmuşdu.
Ümumiyyətlə isə Azərbaycan çempionatları tarixində 10-cu dəfə 1 futbolçu mövsümdə 25 və daha çox qol vurur. Bunlardan 6-sı ”Neftçi”nin üzvlərinin payına düşüb. Klub tarixinə 1 mövsümdə ən çox qol vuran 5-ci oyunçu kimi düşən Kanales “top-10”da ilk legionerdir.
Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 10 futbolçu
|
futbolçu
|
klub
|
qol
|
|
Nazim Əliyev
|
Xəzər (Sumqayıt)
|
39
|
|
Samir Ələkbərov
|
Neftçi (Bakı)
|
36
|
|
Musa Qurbanov
|
Turan (Tovuz)
|
35
|
|
Qurban Qurbanov
|
Neftçi (Bakı)
|
34
|
|
Mehman Allahverdiyev
|
Kəpəz (Gəncə)
|
30
|
|
Yunis Hüseynov
|
Neftçi (Bakı)
|
29
|
|
Fazil Pərvərov
|
Kəpəz (Gəncə)
|
29
|
|
Nazim Əliyev
|
Neftçi (Bakı)
|
26
|
|
Nikolas Kanales
|
Neftçi (Bakı)
|
26
|
|
Samir Ələkbərov
|
Neftçi (Bakı)
|
25
|
Bu mövsüm ərzində ən çox qol vuran legioner ünvanını çoxdan ələ keçirən Kanaleslə yanaşı AZAL-ın braziliyalı hücumçusu Juniyor Nildo da əcnəbilər arasında ən yaxşılar sırasına düşüb. Növbəti dubluna imza atan cənubi amerikalı 1 çempionatda ən çox qol vuran legionerlərin siyahısında 3-cü yerə yüksəlib. Kanalesdən və Badri Kvaratsxeliyadan geri qalan braziliyalıya gürcüstanlıya çatmaq üçün cəmi 1 dubl etmək kifayətdir.
Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 6 legioner futbolçu
|
futbolçu |
mövsüm |
oyun |
1 |
Neftçi (Bakı) |
Çili |
26 |
|
Badri Kvaratsxeliya |
1997/98 |
22 |
3 |
AZAL |
Braziliya |
18 |
|
Georgi Adamiya |
2010/11 |
30 |
5 |
Xəzər Lənkəran |
Türkiyə |
17 |
|
Valter Quqlemon |
2008/09 |
24 |
<p margin-bottom:0in;margin-bottom:.0001pt;text-align:center"="">17 |
