6 may 2013 14:06

Qarabağ Kəpəzin rekordundan 1 addım geridə

Ağdamın “Qarabağ” klubunun qələbə seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında martın 12-də 23-cü turun “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzandan sonra 29-cu turun mayın 4-dəki “Neftçi” ilə görüşünədək (1:2) 5 qələbə sıralamışdı. Azerisport.az xəbər verir ki, bu qələbələri ümumi 8:3 top fərqi ilə qazanan “Qarabağ” mövsümün rekordunu təkrarlayıb.
 
Belə ki, “Neftçi” 18-22-ci turlarda 5 ardıcıl qələbə qazanmışdı. Lakin bakılıların top fərqi daha sanballı idi – 12:3.
 
Mövsümdə ardıcıl 5 qələbə qazanan 3-cü komanda isə AZAL oldu. Paytaxt təmsilçisi 24-cü turda martın 30-da “Xəzər Lənkəran”la səfərdə heç-heçə (1:1) etdikdən sonra qələbə seriyasını artıq 5-ə çatdırıb. AZAL-ın bu matçlardakı top fərqi 11:2-dir.
 
“Neftçi”nin seriyası çempionatın təsnifat mərhələsinə təsadüf edibsə, “Qarabağ” ilk, AZAL ikinci “altılıq”da 5 qələbəni sıralayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Azərbaycan çempionatları tarixində “altılıq”da qeydə alınan ən uzun qələbə seriyasının 1 addımlığında dayanıb. “Altılıq”da ən uzun qələbə seriyası 1998/99 mövsümündə qeydə alınıb. Həmin vaxt “Kəpəz” 28-33-cü turlarda ardıcıl 6 dəfə qalib gəlməklə çempionluğu təmin etmişdi və yalnız bundan sonra seriya qırılmışdı. “Qarabağ”ın həmin seriyasını təkrarlamasına 1 qələbəsi yetmədi. AZAL isə ikinci “altılıq” üçün 2010/11 mövsümündə qeydə alınan rekordu təkrarladı. Bələ ki, həmin vaxt “Muğan” da 5 qələbəni sıralamışdı.
 
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyası da “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.