6 may 2013 13:48
AFFA 69 “lipa” aşkarladı
AFFA-nın 2009-cu ildən fəaliyyət göstərən Qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyatı aparılır. Azerisport.az xəbər verir ki, bununla yanaşı, ötən müddət ərzində Qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşdirilib.
Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edirlər. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıblar.
Qeyd edək ki, proses məxfi aparıldığı üçün saxta sənədlə çıxış etmiş futbolçuların adı açıqlanmır. (AFFA)
