6 may 2013 14:24
FİFA Turanı cəzalandıra bilər
FİFA “Turan”ı cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb Tovuz klubunun keçmiş baş məşqçisi Naci Şensoya borcunun olmasıdı.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğludan aldığımız məlumata görə, bununla bağlı artıq FİFA-dan məkutb da gəlib. Məktubda qeyd olunub ki, “Turan” Naci Şensoya 120 000 ABŞ dolları məbləğində olan borcunu ödəməlidi. Tovuz klubu FİFA-nın bu tələbini yerinə yetirməsə, 30 000 ABŞ dolları cərimə olunacaq və altı xalı silinəcək.
Göründüyü kimi, Şensoy keçmiş komandası ilə problemini özü həll edə bilmədiyindən, FİFA-ya şikayət ünvanlayıb. FİFA isə onun bu şikayətini qəbul edib və “Turan”dan türkiyəli mütəxəssisin tələblərini yerinə yetirməsini istəyir. Tovuz klubu bu borcu may ayının sonuna qədər ödəməlidi.
