6 may 2013 14:45
Turandan FİFA-nın tələbinə münasibət
“Turan” FİFA-nın və Naci Şensoyun Tovuz klubuna qarşı tələbindən xəbərsizdi. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis “Turan”dakı borcunu ala bilmədiyindən FİFA-ya şikayət ünvanlayıb.
FİFA isə AFFA-ya məktub ünvanlayaraq, Tovuz klubunun Şensoya 120 min ABŞ dolları ödəməli olduğunu bildirib.
Amma Tovuz klubunun mətbuat xidmətindən aldığımız məlumata görə, onlar hələ FİFA-nın göndərdiyi məktubla tanış deyillər: “Bu məsələ ilə bizim hüquqşünaslar məşğul olur. Təxminən iki ay öncə bizə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunub. Amma bunu mayın sonunadək etməyəcəyimiz təqdirdə 15 min ABŞ dolları məbləğində cərimə olunacağımıza və altı xalımızın silinəcəyinə dair heç bir xəbərdarlıq almamışıq”.
