6 may 2013 15:36
Millimizin İsraillə matçının tarixi dəyişdirildi
21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə səfər oyunu sentyabrın 7-dən 8-nə keçirilib. Azerisport.az xəbər verir ki, buna səbəb İsrail və Azərbaycanın A milli komandalarının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də qarşılaşmasıdı.
Xatırladaq ki, təqvimə əsasən A milli komandaların oyunu sentyabrın 6-da keçirilməli idi. Lakin İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək İsraildə sentyabrın 6-da bayram olduğunu bildirmiş, bununla əlaqədar oyunun sentyabrın 7-nə keçirilməsini xahiş etmiş və AFFA bu müraciəti müsbət cavablandırmışdı.
