6 may 2013 16:20
Böyükağa Hacıyev: Dörd yerli futbolçu almaq istəyirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- “Qarabağ” üzərində qələbə qazandığınz son oyunla bağlı nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. “Qarabağ”a qarşı yenidən oynamaq xoş idi. Fikrimcə, “Neftçi” sərgilədiyi oyuna tam layiq olan bir qələbə qazandı. Julius Vobayı bilərəkdən ikinci hissədə meydana buraxdım. “İnter”lə də oyunda belə etmişdim. O, əla futbolçudu, gözəl sürəti, driblinqləri var. Məhz onun ötürməsindən sonra Nikolas Kanales qələbə qolunu vurdu.

- Demək olar ki, “Neftçi” “Qarabağ”la oyuna xüsusi hazırlaşmışdı?
- “Neftçi” bu mövsüm hamıdan çox oyun keçirib. “Qarabağ”la oyun 46-cı idi. Səhv etməməyə çalışırdıq. Ağır mövsüm keçiririk. Amma mən şadam ki, bu mövsümü “qızıl dubl”la başa vura bilərik. Finalı səbrsizliklə gözləyirəm. Çünki həmin oyun mövsümdəki 50-ci matçımız olacaq.

- Komanda yorulub?
- Bəli. Buna görə mən daha əvvəlki kimi məşq keçmirəm. İndi məşqlərimiz 60-65 dəqiqə çəkir. Çünki çox məşq etməyimiz futbolçulara pis təsir edə bilər. Avropa Liqası komandaya çox şey öyrətdi. Xüsusilə Avroliqanın qrup mərhələsində böyük təcrübə qazandıq. Bütün bunlar indi çempionatda liderlik etməyimizdə bizə çox yardımçı olur.

- Sizi artıq çempionluq münasibəti ilə təbrik etmək olar?
- Hələlik təbrikləri qəbul etmirəm. Daha üç oyunumuz qalır. “Simurq”, “Qəbələ” və “Bakı”nı da məğlub etməliyik. Əgər növbəti turda “İnter”lə “Qarabağ” heç-heçə etsə, biz də “Simurq”u məğlub etsək, ola bilər ki, özümüzü çempion kimi hiss edək. Amma çempionluğumuzu yalnız Peşəkar Futbol Liqasının rəsmi bəyanatından sonra qəbul edəcəyik. Hələ arxayınlaşmaq olmaz.

- Yayda heyətdə nə kimi dəyişikliklər gözlənilir?
- Mən sizə bir sirr açım. Mənim artıq klub prezidenti Sadıq Sadıqovla söhbətim olub. Heyətdə dəyişikliklər olacaq. Heyəti gücləndirmək istəyirik. Amma elə də çox dəyişiklik gözlənilmir. Bizə daha dörd güclü futbolçu lazımdı. Çox istərdim ki, bütün yeni futbolçularımız yerli oyunçu olsun. Kimin öz klubuyla müqaviləsi var, bu, bizi maraqlandırmır. Biz sadəcə azad agent statusuna malik oyunçularla güclənməyə çalışacağıq. Digər klubların bizdən inciməsini istəmirik.