6 may 2013 18:01
AFFA Xəzər Lənkəran və Simurqun ümidlərini puç etdi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Simurq” və “Xəzər Lənkəran”ın müraciətlərinə baxılıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Simurq”un baş məşqçisi Georgi Çixradze barədə çıxardığı 30.04.2013-cü il tarixli qərarı barədə etdiyi müraciəti baxılmamış saxlanılsın.
2. AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” barədə çıxardığı qərarı (Azərbaycan Kubokunun “Xəzər Lənkəran”- “Bakı” oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə) qüvvədə saxlanılsın.
