8 may 2013 00:05
Edemir Rodriqes Bakıdan ayrıla bilər
“Bakı”nın müdafiəçisi Edemir Rodriqes paytaxt klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, boliviyalı futbolçu bunu ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:
“Bilirəm ki, “Bolivar” hazırda mənimlə maraqlanır. Lakin agentimin bildirdiyinə görə, konkret bir təklif olmayıb. Əlbəttə, bu, mənim üçün yaxşı variantdı. Amma bu, mənim “Bakı”da qalıb-qalmayacağımdan çox asılıdı. Bu klubla müqaviləmin müddəti mayın 19-da bitəcək. Burda qalmaq istəyirəm. Hələ necə olacağını bilmirəm. Bircə onu bilirəm ki, “Bakı”da qalmaq üçün üzərimdə daha çox çalışmalıyam. Bu il bizim üçün çox da uğur alınmadı. Çünki mövsüm sona yaxınlaşsa da, hələ də beşinci pillədəyik. Bütövlükdə isə “Bakı”dakı karyeramı böyük təcrübə hesab edirəm. Zədə səbəbindən bir çox oyunda iştirak edə bilmədim. Oynadığım mövqedə güclü rəqabətin olması da sözünü deyir”.