7 may 2013 11:12

Qəbələ Yuri Syomini seçdi

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq Luis Araqona tapşırılan bölgə klubunu gələn mövsüm Yuri Syomin çalışdıracaq.
 
66 yaşlı rusiyalı mütəxəsisslə artıq razılıq əldə olunub. Syomin yaxın günlərdə ölkəmizə gələrək rəsmi müqaviləyə imza atacaq.
 
Yuri Syomin 1947-ci ilin 11 mayında Rusiyanıni Orenburq şəhərində dünyaya gəlib. 4 gün sonra 66 yaşını qeyd edəcək mütəxəssis futbolçu karyerası ərzində Rusiyanın “Oryol”, “Spartak” (Moskva), “Dinamo” (Moskva), “Çkalovets”, “Lokomotiv” (Moskva), “Kuban” və Qazaxıstanın “Kayrat” klublarında çıxış edib.
 
1983-cü ildə məşqçiliyə başlayan Syomin iki il “Pamir”i çalışdırıb. 1986-cı ildə Moskva “Lokomotiv”inin başına keçən Yuri 4 il komandaya başçılıq edib. 1991-ci ildə Yeni Zellandiyanın olimpiya yığmasını çalışdıran “Qəbələ”nin yeni baş məşqçisi 1992-də “Lokomotiv”ə dönərək 2005-dək doğma komandasına rəhbərlik edib. 2005-c ildə qısa bir müddət Rusiya millisinin sükanı arxasında olan mütəxəssis 2005-2006-da Moskva, 2007-2009-da Kiyev “Dinamo”sunu çalışdırıb. 2009-cu ildə məşqçi kimi üçüncü dəfə doğma “Lokomotiv”ə dönən Syominin son iş yeri Kiyev “Dinamo”su olub. O, 2010-2012-ci illərdə Ukrayna klubunun baş məşqçisi olub.
 
Syomin məşqçi kimi Rusiyda ölkə çempionluğunu (2002, 2004), Premyer Linanınq gümüş (1995, 1999, 2000, 2001) və bürünc medallarını (1994, 1998), ölkə kubokunu (1996, 1997, 2000, 2001), Super Kubokunu (2003, 2005), “Birlik Kuboku”nu (2005) qazanıb.
 
O, eyni uğurları Ukraynada da təkrarlayıb. “Dinamo” ilə ölkə çempionluğuna (2008/09), gümüş medallara (2007/08, 2010/11), kuboka (2007/08) sahib çıxıb.
 
Syomin 2008-2009 mövsümündə Kiyev “Dinamo”sunu UEFA Kubokunun yarımfinalına çıxarıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.