7 may 2013 12:14
“Syomin hələ Qəbələnin baş məşqçisi deyil”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov rusiyalı mütəxəssis Yuri Syominin komandanın sükanı arxasına gətirilməsinə dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Öncədən beş namizədimiz var idi. Syominlə yanaşı argentinalı mütəxəssis Ektor Kuper də “Qəbələ”ni çalışdıra bilərdi. Mən bütün namizədlərlə görüşdüm. Həmin görüşlərdən sonra namizədlərin sayı üçə endi. Yekun siyahıda Kuperin adı olmasa da, Syomin var idi. Yeni baş məşqçimizin adı klub prezidenti Taleh Heydərovun namizədlərlə görüşündən sonra bəlli olacaq. Yaxın günlərdə seçimimizi açıqlayacağıq. Ona görə də Syomin hələ “Qəbələ”nin baş məşqçisi deyil”.