8 may 2013 00:28
Qəbələ Qarabağa 5 cavabsız qol vurub, çempion oldu
AFFA -nın U-19 Liqasının cari mövsümü yekunlaşıb. Azerisport.az xəbər verir ki, mövsüm Bayıl stadionunda keçirilmiş iki oyunla başa çatıb.
Üçüncü yer uğrunda qarşlaşmada "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib. "Bakı" 3:2 hesabı ilə qələbə qazanaraq U-19 Liqasında üçüncü yeri tutub.
Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşıb. "Qəbələ" rəqibini 5:0 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən U-19 Liqasının qalibi adını qazanıb.
Oyun başa çatdıqdan sonra müküfatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov təqdim ediblər.
