7 may 2013 12:38
Xəzər Lənkəran oyun öncəsi son məşqinə çıxdı
Sabah Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanında Tovuzun “Turan” klubunu qonaq edəcək “Xəzər Lənkəran” qərb təmsilçisi ilə oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, saat 10:30-da başlayan məşq saat yarım davam edib və futbolçular məşqçilər korpusunun verdiyi taktiki tapşırıqları yerinə yetiriblər.
Sabah saat 19:00-da başlayacaq matç klubun rəsmi saytı vasitəsilə canlı olaraq azarkeşlərə təqdim olunacaq. (klub saytı)
