7 may 2013 13:05
Heç-heçə tanımayan rəqiblər üz-üzə
"Rəvan” Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində sabah "Kəpəz”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu, o komandadı ki, son 2 dueldə “Rəvan” rəqibini quru hesabla məğlub edib.
Top fərqində (14:9) öndə olan bakılılar yalnız şəxsi matçlardakı qələbə sayında (3:4) geri qalır. Ancaq bu gerilik cəmi 1 qələbəlik olduğundan bunu aradan qaldırmaq mümkündü. "Rəvan”ın indiyə qədər Gəncə təmsilçisi ilə heç-heçə etməyib.
Sonda onu da qeyd edək ki, mayın 8-də "Dalğa Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. (klub saytı)
