7 may 2013 13:36

Slavço Georgiyevski: Hələ Neftçini təbrik etmək tezdi

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la oyundan nə gözləyirsiz?
- İkinci yeri tutmaq üçün “Qarabağ”a qalib gəlməliyik. “Neftçi”dən neçə xal geri qalmağımıza baxmırıq. “Qarabağ”la oyunumuz çətin olacaq. Həm də onlar çox güman ki, “Neftçi”yə məğlubiyyətdən sonra qəzəblidilər. Özlərinə gəlmələri üçün, onlar da qələbə qazanmağa çalışacaqlar.
 
- “İnter” fevral ayına qədər çempionatda yaxşı irəliləyirdi. Ondan sonra nə baş verdi?
- Komandanın heyətlə bağlı problemləri vardı. Bir sıra vacib oyunçular zədələndilər. Bu, bizə çox problem yaratdı. Heç kimi bunu gözləmirdi. Bizim nəzəri cəhətdən hələ də çempionluq şansımız qalır. Amma əminəm ki, “Neftçi” bu cür üstünlüyü əldən buraxmaz. Bu üzdən də mənə elə gəlir ki, ən yaxşısı avrokuboklarda özümüzü daha yaxşı tərəfdən göstərməyə çalışmaqdı. Artıq Avropa Liqasına vəsiqəni təmin etmişik. İndi qalır bu turnirdə layiqli çıxış etmək.
 
- Bu mövsüm “İnter”in “Neftçi”ylə oyunları alınmır. Sizcə, niyə?
- Biz sadəcə ələ düşən qol epizodlarını dəyərləndirə bilmirik. “Neftçi” kimi komandalarla oyunlarda ələ düşən hər epizoddan yararlanmaq lazımdı. Əks halda özün cəzalanırsan.
 
- “Bakı” ilə son oyununuz barədə nə deyə bilərsiz?
- Çətin oyun alındı. Ümumiyyətlə, “Bakı” ilə görüşlər həmişə maraqlı və ağır olur. Yaxşı heyətə malik komandadı. Buna baxmayaraq, bizə qələbədən başqa heç bir nəticə sərf etmirdi.
 
- Amma qalib gəlsəniz də, liderlə aradakı xal fərqini azalda bilmədiniz...
- Hə, “Neftçi” “Qarabağ”ı məğlub etməklə çempionluğa daha da yaxınlaşdı. Bu komandanın yaxşı oyunçuları var. Onlar ağdamlılar üzərində layiqli qələbə qazandılar. İnanmıram ki, “Neftçi” çempionluq şansını əldən buraxsın. Hər şeyə rəğmən, “İnter” də sona kimi mübarizə aparacaq.
 
- “Neftçi”ni artıq çempionluq münasibətilə təbrik etmək olar?
- “Neftçi” lider olsa da, hələ çempionluğunu rəsmiləşdirməyib. Bu, tam rəsmiləşəndən sonra, təbrik etmək olar. Son üç tur nələrisə dəyişə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.