7 may 2013 14:12
“Kim çox oynamaq istəyirsə, buyursun, gözümə girməyə çalışsın”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına müsahibəsində bunları dilə gətirib:
“Heyətlə bağlı müəyyən çətinliklər var. Cəzalı oyunçularımız yetərincədi. Tərslikdən hamısı da üst-üstə yığıldı. Amma yenə də bədbinliyə qapılmırıq. Çünki sabahkı matçda şans verəcəyim futbolçulara da tam inannıram. İndi onlar özlərini sübut etmək üçün dəridən-qabıqdan çıxacaqlar. Əsas heyətə az-az düşənlər daha çox oynamaq istəyirsə, buyursunlar, gözümə girməyə çalışsınlar. Mən kim güclüdürsə və daha hazırlıqlıdırsa, ona şans verirrəm. "Kəpəz”lə oyun onlar üçün bir növ özünüsübut anı olacaq”.