8 may 2013 00:54

“Beqiri Xəzər Lənkəranda kumirim idi”

“Xəzər Lənkəran”ın aşağı yaş qruplarında aprel ayından başlayaraq hər yaş qrupu üzrə “Ayın ən yaxşısı” nominasiyasının tərtib olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, qaliblərlə klubun rəsmi saytında müsahibə də təqdim olunmalı idi ki, bu mənada ilk müsahib İbrahim Qədirzadə olub.
 
Ölkəmizin U-15 millisinin üzvü, “Xəzər Lənkəran”ın 1999-cu il təvəllüdlü yaş qrupunda "Ayın ən yaxşısı" seçilən İbrahimlə qısa söhbəti təqdim edirik.
 
- İbrahim, özün haqqında məlumat verərdin..
- 1999-cu ilin mart ayının 21-də Lənkəran şəhərində anadan olmuşam. Futbola elə uşaq yaşlarından böyük həvəsim olub.
 
- “Xəzər Lənkəran”a gəlişin nə vaxt baş verib?
- 2010-cu ildə “Xəzər Lənkəran”ın aşağı yaş qruplarına seçimlər aparılırdı. Həmin vaxt özümü sınamaq qərarına gəldim. Seçimlərdən uğurla keçdim və qəbul olundum. İlk müəllimlərim Xəyal və Röyal Abbasov qardaşları olub.
 
- Öz yaş qrupunda “Ayın ən yaxşısı” seçilməyini kimdən eşitdin?
- Bizə demişdilər ki, belə bir seçim olacaq. Amma kimin seçildiyini bilmirdik. Qonşumuz, media sahəsində çalışan Cavid Əhmədoğlu mənə xəbər verdi. Sonra isə özüm rəsmi saytdan oxudum.
 
- Nələr hiss etdin həmin an?
- Bizim yaş qrupunda istedadlı uşaqlar çoxdur. Düzdür, seçildiyimə görə sevinirəm. Amma digər dostlarım da bu ada layiq idilər. Etiraf edim ki, qürurlandım.
 
- Yəqin anlayırsan ki, bu sənin məsuliyyətini daha da artırır..
- Bəli. Bunu daim düşünürəm. Çünki, məni seçən insanların etimadını doğrultmalıyam.
 
- “Xəzər Lənkəran”da çox sevdiyin, kumirin olan futbolçu kimdir?
- Elvin Beqiri.. Özüm yarımmüdafiə xəttində çıxış etsəm də müdafiədə diqqətli olan, etibarlı müdafiəçiləri xoşlayıram. Buna görə də Beqirinin oyununu çox bəyənirdim.
 
- Bəs Avropada?
- Nanini bəyənirəm. Onun oyununu daim diqqətlə izləyirəm.
 
- Hazırda qarşına qoyduğun məqsədi öyrənmək maraqlıdır..
- Ölkəmizin U-15 millisinə çağrılmışam. Özümün 14 yaşı olsa da mənə bu etimadı göstəriblər. İndi bütün diqqətim məşqlərə yönəlib. Mən, əlimdən gələni edib vaxtım çatdıqda “Xəzər Lənkəran”ın və Azərbaycanın əsas millisinin formasını daşımağı qarşıma məqsəd qoymuşam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.