7 may 2013 14:56
Yuri Syomin: Bakıya uçmuram
Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin “Qəbələ” klubuna baş məşqçi təyin olunacağı haqda məlumatlara şərh verməkdən imtina edib. Azerisport.az xəbər verir ki, İTAR-TASS agentliyinin müxbiri ilə söhbətində o, qısaca olaraq bunları deyib:
“Bakıya üçmuram, hazırda Moskvadayam”.
Qeyd edək ki, “Qələbə” klubunun rəhbərliyi Yuri Syominlə danışıqlar apardıqlarını təsdiqləyib. Onunla ilkin razılığa gəlinsə də, anlaşma imzalanmayıb.
