7 may 2013 15:28

“Syominin gəlişi Qəbələni daha iddialı edər”

“Qəbələ”nin yarımmüdafiəçisi Elmar Baxşiyevin azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ” rusiyalı mütəxəssis Yuri Syominlə müqavilə bağlamağa çox yaxındı. Bu xəbəri necə qarşıladınız?
- Düzünü deyim ki, bu barədə saytınızdan xəbər tutdum. Bu, rəhbərliyin qərarıdı. Əgər onlar Syominlə müqavilə bağlamağa qərar versələr, deməli, belə də lazımdı.
 
- Syomin Moskva “Lokomotiv”i ilə böyük uğurlar qazanıb, Kiyev “Dinamo”sunu çalışdırıb, hətta bir ara Rusiya yığmasına da rəhbərlik edib. Belə bir mütəxəssis “Qəbələ” üçün də faydalı ola bilər?
- Syomin tanınmış mütəxəssisdi. O, çox şeyə nail olub. Əminəm ki, onun gəlişi komandamızın iddiasını artıracaq. Amma hər şeyin necə olacağını zaman göstərəcək.
 
- Yeni baş məşqçinin gəlişi heyətdə də dəyişikləri qaçılmaz edir. Bu, oyunçuları narahat etmir ki?
- Biz onsuz da narahatıq. Çünki artıq neçə oyundu qələbə qazana bilmirik.
 
- Bəs nəticələrinizin belə acınacaqlı alınmasının səbəbi nədi?
- Mümkündü ki, tez-tez əl atılan baş məşqçi dəyişiklikləri öz sözünü deyir. Bizdə hazırda komanda oyunu yoxdu.
 
- İstisna deyil ki, yayda komandanın heyətində köklü dəyişikliklər baş versin...
- Bu barədə mənim nəsə deməyim düzgün çıxmaz. Bütün komanda yoldaşlarım mənim həmkarlarımdı. Həm də bu barədə söz sahibi rəhbərlikdi. Hansı qərarı çıxaracaqlarsa, elə də olacaq.
 
- Qarşıda sizi “Bakı” ilə oyun gözləyir...
- Biz son oyunlarımızın uğurlu alınmasını istəyirik. “Bakı” ilə görüş də istisna deyil. Yeddi turdu qələbə qazana bilmirik. Artıq uğursuzluğa son qoymaq vaxtıdı.
 
- “Bakı”nın nəzəri cəhətdən də olsa, avrokuboklara vəsiqə qazanmaq şansı qalır. Düşünmürsüz ki, bu amil onların oyuna daha istəkli çıxmasına səbəb olacaq?
- Bu istək bizdə də güclüdü. Çünki biz də altılıqda ilk qələbəmizi qazanmaq istəyirik.
 
- Öz karyeranızla bağlı planlarınız necədi?
- “Qəbələ” ilə müqaviləmin müddəti yaya qədərdi. Nə qədər ki, bu kluba məxsusam, başqa heç nə deyə bilmərəm.

- Başqa klublardan təklif var?
- Xeyr. Heç özüm də digər təkliflərə baxmağa hazırlaşmıram. Çünki hələ “Qəbələ” ilə müqaviləm var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.