7 may 2013 15:35
Qəbələ Çertoqanovla yollarını ayırdı
“Qəbələ” heyətində islahatlara başlayıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Aleksandr Çertoqanovla yollarını ayırıb.
Son iki mövsümdə bu komandada çıxış edən millimizin üzvünün oyunu “Qəbələ” rəhbərliyini qane etməyib. Bu səbəbdən klub onunla vidalaşmaq qərarına gəlib.
Qeyd edək ki, Çertoqanov 2011-ci ildən çıxış etdiyi “Qəbələ”də 52 oyun keçirib və 4 qol vurub. “Qəbələ” karyerası ərzində 4 qırmızı vərəqə alan 33 yaşlı yarımmüdafiəçi bu mövsüm 3 dəfə meydandan qoulmaqla antirekord müəyyənləşdirib.
2005-cü ildə ölkəmizə gələn Çertoqanov “Qəbələ”dən başqa “Bakı”, “Neftçi”, “Simurq” və “İnter”də çıxış edib. 2006-cı ildən çağırıldığı yığmamızda 54 oyun keçirən futbolçu “Bakı” ilə ölkə kubokunu qazanıb, “İnter”lə çempionluq sevinci yaşayıb.
