7 may 2013 16:44
Bakı və Qəbələnin üzvlərinə üç oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Turan” – AZAL matçının 55-ci dəqiqəsində AZAL-ın futbolçusu Fərman Qənbərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Kəpəz” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat cərimə olunublar.
“Simurq” – “Qəbələ” matçının 42-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Əziz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“İnter” – “Bakı” matçının 55-ci dəqiqəsində “Bakı”nın futbolçusu Aydın Mustafazadə komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
