7 may 2013 17:15
Rəvana texniki məğlubiyyət verildi, Neftçinin həkimi beş oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı yaş qrupları üzrə ölkə çempionatlarında baş vermiş qayda pozuntularına dair aşağıdakı qərarlar çıxarılıb.
1 may 2013-cü il tarixdə U-19 Liqanın “Qəbələ” – “Bakı” matçının 63-cü dəqiqəsində “Bakı”nın futbolçusu Elmin Ələsgərli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Bakı”nın futbolçusu Əfsər Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 90-cı dəqiqəsində “Bakı”nın futbolçusu Müşfiq İlyasovla “Qəbələ”nin futbolçusu Bəhram Mehdizadə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 4 oyunluq cəzalanıblar.
29 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Gənclik” – “Bakı” matçının 63-cü dəqiqəsində “Gənclik” klubunun utbolçusu Elməddin Əmənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 75-ci dəqiqəsində “Gənclik” klubunun futbolçusu Mehman İbadov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Matçın 76-cı dəqiqəsində “Bakı”nın futbolçusu Valeh Seyidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
2 may 2013-cü il tarixdə U-17 Liqanın “Rəvan” – “İnter” matçında “Rəvan” klubu oyunu keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
30 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Əlincə” – “Neftçi” matçının 17-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Xaliq İbrahimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Oyun başa çatdıqdan sonra “Neftçi”nin həkimi Bəhruz Xeyrabadi hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.
3 may 2013-cü il tarixdə U-15 Liqanın “Neftçi” – “İnter” matçının 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Toğrul Xanlarov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
3 may 2013-cü il tarixdə U-11 Liqanın “Bakı” – “Daşqın” matçının 28-ci dəqiqəsində “Bakı”nın futbolçusu Emin Quluzadə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
20 aprel 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Avey” – “Naftalan” matçının 72-ci dəqiqəsində “Naftalan”ın futbolçusu Cabbar Hacıyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
