7 may 2013 17:31
Vaqif Sadıqov AZAL-da qalacaq
AZAL növbəti mövsüm üçün baş məşqçi dəyişikliyinə hazırlaşmır. Azerisport.az xəbər verir ki, komandanı bu mövsüm olduğu kimi, yenə də Vaqif Sadıqov çalışdıracaq.
Bunu klubun vitse-prezidenti Fikrət Hüseynov bəyan edib: “Sadıqovun hazırda klubla müqaviləsi var. Həmin müqavilənin müddəti qışda bitəcək. Biz onun sistemi ilə oynamağa başlamışıq, bu sistemlə də davam etməliyik”.
