8 may 2013 18:26

Kazbek Tuayev: Neftçi hazırda Xəzər Lənkəranı bütün komponentlərdə üstələyir

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu və məşqçi Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
 
- Siz veteranlar arasında Bakıda keçirilən yoldaşlıq oyununda deyildiniz. Nə əcəb çağırılmamışdınız?
- (gülür) Məni necə çağırmaya bilərdilər? Əlbəttə, dəvət almışdım. Amma şəxsi işlərimlə əlaqədar həmin oyunda iştirak edə bilmədim.
 
- Sevimli komandanız “Neftçi” növbəti çempionluğunun bir addımlığındadı...
- Fikrimcə, onlar sadəcə öz statuslarını təsdiqlədilər. Ürəkdən təbrik edirəm. Avrokuboklarda yeni uğurlarını gözləyəcəm.
 
- “Qarabağ”ın bu il d çempionluq şansını boşa verməsini necə qarşıladınız?
- “Qarabağ” heç ürəkaçan çıxış etmədi. Onların qatarı artıq getdi. Bu komanda da “Neftçi” qədər mənim üçün doğmadı. Komandanı keçmiş futbolçum Qurban Qurbanov çalışdırır. Orda sevimli Rəşad Sadıqov oynayır. Hazırda onu Azərbaycanın ən yaxşı futbolçusu hesab edirəm.
 
- Azərbaycan Kubokunun finalında “Xəzər Lənkəran”la “Neftçi” üz-üzə gələcək. Nə gözləyirsiz?
- Fikrimcə, “Neftçi”nin qızıl dubla imza atmasının vaxtıdı. Vaxtilə bu komanda belə uğurlara tez-tez imza atardı. Onlar sərgilədikləri oyuna, heyətinə və hazırkı statusuna görə “Xəzər Lənkəran”ı qabaqlayırlar.
 
- Deməli, final maraqlı olacaq?
- Finallar həmişə maraqlı olur. Kimin oynamasından asılı olmayaraq. Mən sadəcə bakılıların hazırda bütün komponentlərdə rəqibini üstələdiyini demək istədim.
 
- Bəs Toşak amili?
- O, yaxşı mütəxəssisdi. Əminəm ki, komandasını yaxşı hazırlaya bilsə, çempiona müqavimət göstərə bilər. Amma reallıqla barışmaq lazımdı. Reallıq da bundan ibarətdi ki, onun komandası “Neftçi”dən hazırda zəifdi. Ustalıq səviyyəsi bu oyunda da sözünü deyəcək. Amma digər tərəfdən təbii ki, maraqlı və açıq oyun gözləyirəm. “Neftçi” çempion olandan sonra “Xəzər Lənkəran” da avtomatik olaraq avrokuboklara vəsiqəni təmin edəcək. Belə olan halda komandaların itiriləsi heç nəyi qalmayacaq.
 
- Yuri Syominin “Qəbələ”nin sükanı arxasına mümkün keçidi barədə xəbərləri necə qarşıladınız?
- O, böyük məşqçidi. Rusiya yığmasında, Kiyev “Dinamo”sunda, Moskva “Lokomotiv”ində çalışıb. Birgə oynamışıq. Onu yaxşı tanıyıram. Bizim mentalitetimizi də bilir. Valeri Hacıyevlə yaxın dostdu.
 
- Sizcə, Syomin “Qəbələ”nin axtardığı mütəxəssisdi?
- O, Azərbaycan futboluna lazımdı. Futbolumuzu qaldırmağa kömək edəcək. Əgər o, “Qəbələ”ni çalışdırsa, bu, futbolumuz üçün çox yaxşı tapıntı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.