8 may 2013 18:43
30-cu turun 3 oyunu canlı yayımda
Topaz Premyer Liqasının 30-cu turunun üç oyunu İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş oyunları azarkeşlər canlı izləmək fürsəti qazanacaqlar:
Topaz Premyer Liqası
30-cu tur
9 may (cümə axşamı)
“Bakı” – “Qəbələ”
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 17:00
“Neftçi” – “Simurq”
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
Bakcell Arena stadionu, 21:00
“İnter” – “Qarabağ”
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
“Şəfa” stadionu, 19:00
