8 may 2013 19:37
Bakı Qəbələ ilə oyuna itkilərlə çıxacaq (FOTOREPORTAJ)
Bu gün “Bakı” 30-cu tur ərəfəsində növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bəzi futbolçular son məşqə çıxa bilməyiblər.
Namiq Ələsgərov və George Popxadze zədə səbəbindən məşqdə iştirak etməyiblər. Komandanın qapıçıları Elxan Əhmədov və Aqil Məmmədov, həmçinin Nurlan Novruzov “Qəbələ” ilə əvəzedici komandaların oyununa göndərildiyinə görə əsas heyətlə məşq edə bilməyib.
Qeyd edək ki, sabah “Bakı” 30-cu turda “Qəbələ”ni qəbul edəcək. Oyun saat 17:00 “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək.
