8 may 2013 20:24
Ramil Əliyev: Boş-boş danışan komanda üzvlərinin də oyununu gördük
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun öncəsi heyətdə itkilərimiz var idi. Əsasən gənc futbolçulara şans verdik. Ümumi oyundan razıyam. Soyunub-geyinmə otağında boş-boş danışan komanda üzvlərinin də oyununu gördük. Belə oyunlar komandanın gələcək mövsüm üçün heyətinin müəyyən edilməsi üçün önəmli rol oynayır. Gənc oyunçulardan 1997-ci il təvəllüdlü Anar Həsənovun oyunundan razı qaldım”.
