8 may 2013 20:45
“Buna görə futbolçularıma təşəkkür edirəm”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 30-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandam sona kimi oynadı. Buna görə futbolçularıma təşəkkür edirəm. Bir səhvdən qapımızda qol gördüyümüzə üzülürəm”.
