8 may 2013 21:25
“Xəzər Lənkərana qalib də gələ bilərdik”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 30-cu turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandam yaxşı oynadı, futbolçulardan razıyam. “Xəzər Lənkəran”ın stadionunda bu cür ab-havada oynamaq çox xoşdur. İkinci hissədə qol imkanlarımız oldu, yararlana bilsəydik bu oyunda xal qazana bilərdik, qalib də gələ bilərdik. Rəqibin oyununu təhlil etmişdik. Əsasən mərkəzdən oyun qurduqlarını bilirdik, ona görə bu zonadan hücum şansı yaratmadıq. Təəssüf ki, məğlub olduq”.
