8 may 2013 21:38
Toşak: Futbolçuların yorğun olması da özünü göstərir
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 30-cu turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Heyətlə bağlı müəyyən çətinliyimiz var, 7-8 futbolçumuz zədə səbəbindən bu oyunda komandaya kömək edə bilmədi. “Turan” bu gün 1 xal da qazana bilərdi. Mövsümün sonunda futbolçuların yorğun olması da özünü göstərir”.
