8 may 2013 11:32

“Neftçi bu tur çempion olacaq”

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 30-cu turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
 
Kəpəz – Rəvan
“Kəpəz” hazırda “Rəvan”a müqavimət göstərəcək durumda deyil. Ona görə də burda xüsusi nəsə düşünməyə də dəyməz. “Rəvan” qalib gələcək.
 
AZAL – Sumqayıt
Əgər səhv etmirəmsə, AZAL ikinci altılıqda hələ uduzmayıb. Cəmi bircə heç-heçələri olmalıdı. Bu, komandanın sabit çıxışından xəbər verir. “Sumqayıt” da sıradan komanda deyil. Amma məncə “təyyarəçilər” qələbə şansını əldən qaçırmazlar.
 
Xəzər Lənkəran – Turan
Lənkərandakı son oyunu zamanı “Turan” meydan sahiblərinə xeyli çətinliklər yaşatmışdı. Tovuzlular indi də pis oynamırlar. Amma mən lənkəranlıların bu oyunda onlara nəsə etməyə imkan verəcəyinə şübhə edirəm. “Xəzər Lənkəran” qalib gələcək.
 
Bakı – Qəbələ
“Qəbələ” hazırda heç də xoş günlərini yaşamır. Şansları da qalmayıb. “Bakı” isə hələlik dördüncü yer uğrunda mübarizə apara bilər. Ona görə də “zolaqlılar”ın bu görüşdən qalib ayrılacağını düşünürəm.
 
“İnter” – “Qarabağ”
Əgər “Qarabağ” qalib gəlsə, onların çempionluq şansları qalacaq. Amma mən “İnter”in buna imkan verməsinə inanmıram. Hər iki komanda güclüdü. Ona görə də heç-heçə proqnozlaşdırıram.
 
Neftçi – Simurq
Əgər “Neftçi” qızıl medalları özü üçün təmin etmək istəyirsə, “Simurq”u mütləq məğlub etməlidi. Əlbəttə, “Qarabağ”ın necə oynamasından da çox şey asılı olacaq. “Neftçi” bu görüşdə qalib gələcək və güman ki, çempionluğunu rəsmiləşdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.