8 may 2013 12:04
Yuri Syomin: Azərbaycan yaxşı regiondu
Rusiyalı mütəxəssis Yuri Syomin “Qəbələ”nin sükanı arxasına keçmək perspektivindən danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Bu məsələ tam həll olunandan sonra daha ətraflı danışacağam. Amma indi heç nə yoxdu. Konkret nəsə olsa, deyəcəm. Azərbaycan yaxşı regiondu, peşəkar komandalar, yaxşı meydançalar var. Yaxşı maliyyə imkanları olan yerdə futbol da inkişaf edir”.

Qeyd edək ki, yaxın günlərdə Syominin Bakıya gəlməsi və “Qəbələ”nin prezidenti Tale Heydərovla görüşməsi nəzərdə tutulub. Yalnız ondan sonra tərəflər yekun qərarlarını açıqlayacaqlar.