8 may 2013 12:31
PFL Qarabağın istəyini yerinə yetirmədi
“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Topaz Premyer Liqasının 30-cu turunun “İnter” – “Qarabağ” və “Neftçi” – “Simurq” görüşlərinin eyni saatda başlamasını istəyib.
Lakin PFL ağdamlıların bu istəyini yerinə yetirməyib. Teleyayımla əlaqədar sözügedən matçlar fərqli saatlarda başlamalı olacaq. Belə ki, “İnter” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaqsa, “Neftçi” – “Simurq” matçı saat 21:00-da start götürəcək.
