8 may 2013 12:50
Emin İmaməliyev seçim qarşısında
“Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev karyerasını başa vurmaq haqda düşünür. Azerisport.az xəbər verir ki, Ağdam klubunda forma geyməkdən məhrum olan 33 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.
O, futbolçu karyerasını başa vurub, məşqçiliyə başlamaq fikrindədi. Bunu İmaməliyev saytımıza açıqlamasında özü bəyan edib:
“Rəhbərlik mənə uşaq komandalarından birini çalışdırmağı təklif edib. Məşqçiliyə uşaq futbolundan başlamaq istəyirəm. Belə təcrübə də toplamaq olar. Amma mümkündü ki, bu plan baş tutmasın. Çünki özümə komanda tapa bilsəm, karyeramı davam etdirəcəm. Özüm də hələ oynamaq istəyirəm. Klub tapa bilməyəcəyim halda, karyeramı başa vurmalı olacağam”.