8 may 2013 13:15

Aleksandr Səmədov: Yuri Syominin adı rusiyalı futbolçuları Azərbaycana gətirə bilər

Futbol üzrə Rusiya yığmasının və Moskva “Lokomotiv”inin Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun azerisport.az saytına müsahibəsi
 
- Siz Yuri Syominin rəhbərliyi altında oynamasaz da, o da vaxtilə “Lokomotiv”də çalışıb. Sizin bu mütəxəssis barədə düşüncələriniz necədi?
- Mən onun rəhbərliyi altında oynamamışam. Amma komandasına qarşı mübarizə aparmışam. Çox təcrübəli mütəxəssisdi. Rusiya klubları üçün çox iş görüb. Adlı-sanlı mütəxəssisin təqdimata ehtiyacı yoxdu.
 
- Bilirsiz ki, Syomin karyerasını Azərbaycanda davam etdirə bilər?
- Belə bir məlumatım yoxdu. Syomin intizamı sevən mütəxəssisdi. Yaxşı mütəxəssis və inşandı.
 
- “Qəbələ”nin əyalət komandası olması Syominin işində çətinlik yaratmaz ki? Axı o, adətən paytaxt klublarını çalışdırıb...
- Fikrimcə, ona hər şeydən öncə yaxşı iş yeri lazımdı. Əgər onunla danışıqlar aparılırsa, klub onun istədiyi şəraiti təklif etməlidi. Syomin hər təklifə razılıq verməz. Amma onun Azərbaycandakı karyerasının necə alınacağını proqnozlaşdıra bilmərəm. Azərbaycan çempionatı maraqlı turnirdi. Syomin orda yaxşı komanda yarada bilər.

- Bir neçə il öncə “Qəbələ”yə Toni Adams rəhbərlik etsə də, komandanı avrokuboklara çıxara bilmədi...
- Adams yaxşı müdafiəçi olub. Amma mən onun nə dərəcədə yaxşı məşqçi olduğunu bilmirəm. Syomin isə tanınmış və sözünü demiş məşqçidi. O, harda və necə işləmək lazım olduğunu yaxşı bilir.
 
- “Qəbələ”ni çalışdırsa, onun əvvəlki yetirmələrini də Azərbaycana dəvət etməsi mümkündü?
- Syominin adı çox şeyi dəyişə bilər. Baxmayaraq ki, Rusiya çempionatı Azərbaycan Premyer Liqasından daha güclüdü.

- Bəs “Qəbələ” sizə təklif göndərsə, Syominin rəhbərliyi altında oynamaq istərsiz?
- Fikrimcə, biz çox uzağa getdik (gülür). Mənim “Lokomotiv”lə hələ üç illik müqaviləm var. Ona görə də hələ ciddi dəyişikliyə hazırlaşmıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.