8 may 2013 14:30
Rəşad Abdullayev: Əfran İsmayılovla birgə Bakıya keçirəm
“Qəbələ”nin kapitanı Rəşad Abdullayev növbəti mövsümdən karyerasını böyük ehtimalla “Bakı”da davam etdirəcək. Azerisport.az saytına müsahibəsində o, bu ehtimalın olduğunu etiraf edib:
“Mən hələ “Bakı” ilə müqaviləni konkret müzakirə etməmişəm. Amma böyük ehtimalla bu komandaya keçəcəm. Bundan öncə “Qəbələ” rəhbərliyi ilə də danışmalıyam. Eşitmişəm ki, Əfran İsmayılov da paytaxt klubuna keçəcək. Yəqin ki, onun da transferi baş tutacaq”.