9 may 2013 02:20
İspaniya çempionatı: Atletico və Realdan inamlı qələbə
Futbol üzrə İspaniya La Liqasında növbəti turlardan irəli çəkilmiş oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə iki belə görüş baş tutub.
“Celta”nın qonağı olan “Atletico” rəqibini səfərdə məğlub edib. Madridin digər təmsilçisi “Real” isə “Malaga” ilə ev oyununda 3 xalı 6 qolla qazanıb.
Qeyd edək ki, bu iki oyunun daha tez keçirilməsinə səbəb “Atletico” və “Real”ın mayın 17-də Kral Kubokunun finalında üz-üzə gəlməsidi.
İspaniya La Liqası
36-cı turun oyunları
8 may
Celta – Atletico – 1:3
Qollar: Fernandes, 84 – D.Kosta, 47, Xuanfran, 66, Falkao, 86.
Real – Malaga – 6:2
Qollar: Albiol, 3, Ronaldo, 26, M.Özil, 34, Benzema, 45, Modriç, 63, Di Mariya, 90 – Krus, 15, Antuneş, 36.
| 1 | Barcelona | 34 | 28 | 4 | 2 | 105 | 37 | +68 | 88 |
| 2 | Real | 35 | 25 | 5 | 5 | 95 | 36 | +59 | 80 |
| 3 | Atletico | 35 | 22 | 6 | 7 | 61 | 28 | +33 | 72 |
| 4 | Real Sociedad | 34 | 16 | 10 | 8 | 62 | 43 | +19 | 58 |
| 5 | Valencia | 34 | 16 | 8 | 10 | 58 | 50 | +8 | 56 |
| 6 | Malaga | 35 | 15 | 8 | 12 | 49 | 45 | +4 | 53 |
| 7 | Betis | 34 | 14 | 7 | 13 | 51 | 54 | –3 | 49 |
| 8 | Getafe | 34 | 13 | 8 | 13 | 42 | 51 | –9 | 47 |
| 9 | Sevilla | 34 | 13 | 7 | 14 | 52 | 47 | +5 | 46 |
| 10 | Rayo Vallecano | 34 | 14 | 4 | 16 | 43 | 57 | –14 | 46 |
| 11 | Espanyol | 34 | 11 | 10 | 13 | 42 | 46 | –4 | 43 |
| 12 | Levante | 34 | 11 | 8 | 15 | 36 | 53 | –17 | 41 |
| 13 | Valladolid | 34 | 10 | 10 | 14 | 45 | 50 | –5 | 40 |
| 14 | Athletic | 34 | 10 | 8 | 16 | 38 | 60 | –22 | 38 |
| 15 | Granada | 34 | 9 | 8 | 17 | 30 | 51 | –21 | 35 |
| 16 | Zaragoza | 34 | 9 | 6 | 19 | 35 | 53 | –18 | 33 |
| 17 | Osasuna | 34 | 8 | 9 | 17 | 28 | 42 | –14 | 33 |
| 18 | Deportivo | 34 | 7 | 11 | 16 | 44 | 65 | –21 | 32 |
| 19 | Celta | 35 | 8 | 7 | 20 | 34 | 51 | –17 | 31 |
| 20 | Mallorca | 34 | 7 | 8 | 19 | 37 | 68 | –31 | 29 |
